Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 450 evin (1 927 fərdi yaşayış evinin və 1 523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1 115 evin, 2025-ci ildə 725 evin, 2026-cı ildə 1 610 evin inşası həyata keçiriləcək", - N.Hümmətov bildirib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...