Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə BAKU.WS Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, b...