Kəlbəcər istiqamətində ermənilər mövqelərimizi növbəti dəfə atəşə tutdular
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.
BAKU.WS Müdafiə Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Qarabağdakı qanunsuz erməni dəstələri heç bir səbəb olmadan mövqelərimizi atəşə tutdu - Nazirlik
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd...