Kasım-Jomart Tokayev: Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib
Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib: “Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir”.
Oxşar xəbərlər
İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dö...