“Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıta səfəri çərçivəsində “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub.
BAKU.WS xəbər, Prezident İlham Əliyevə müəssisə barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Dövlət başçısı müəssisənin təməlini qoyub.
Oxşar xəbərlər
İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlərlə tanış olub, bir neçə müəssisənin təməlini qoyub - FOTO
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin...