Kamran Əliyev 3 rayona yeni prokuror təyin edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub.
K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.
Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təyinatlarla bağlı məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...