Jurnalistlər üçün daha bir ŞAD XƏBƏR: Prezident üçüncü binanın tikintisinə pul ayırdı

Jurnalistlər üçün daha bir ŞAD XƏBƏR: Prezident üçüncü binanın tikintisinə pul ayırdı
Siyasət 1444
 

Prezident İlham Əliyev jurnalitlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

BAKU.WS

Oxşar xəbərlər

Prezident pensiyalarla bağlı fərman imzaladı

Prezident pensiyalarla bağlı fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası...

19113 Sosial 19:41 06 sentyabr 2016

Son xəbərlər