Azov alayının keçmiş komandiri: Rusiya Baxmutda kimyəvi silahdan istifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
"Ukrayna qoşunları Baxmut istiqamətində irəliləyir. Rusiya qüvvələri isə bölgədə kimyəvi silahdan istifadə edirlər".
BAKU.WS "Unian"a istinadən xəbər verir ki, bu barədə Azov alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin məlumat verib.
O bildirib ki, Baxmut istiqamətində bəzi yüksəkliklər Ukrayna qüvvələrinin nəzarəti altındadır, bəzilərində isə hələ də proses gedir, lakin düşmən mövqelərini saxlaya bilmir.
"Müəyyən isteriya vəziyyətində rus işğalçıları kimyəvi silahdan istifadə etməyə başlayıblar. Həm bizim bölmədə, həm də digər bölmələrdə artıq təsdiqlənmiş zəhərlənmə halları var", - deyə Jorin əlavə edib.
Oxşar xəbərlər
Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir
Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir. BAKU.WS xəbər verir ki, bu barədə U...