IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, yaradılan müasir infrastruktur barədə məlumat verilib.
İştirakçılar həmçinin Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri ilə də yaxından tanış olublar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib.
Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.
Qalereya
Oxşar xəbərlər
Drumeva: IV Şuşa Qlobal Media Forumunun mövzusu çox vacibdir
Builki IV Şuşa Qlobal Media Forumunun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" adlı mövzusu çox vacibdir. BAKU.WS...