İsrailin Baş naziri: Azərbaycan bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib
Yeniliklərdən dərhal xəbərdar olun
Sizin rəhbərliyiniz (Azərbaycan Prezidenti İlham Əliyev - red) altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.
BAKU.WS xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.
"Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik", - Netanyahu daha sonra qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...