İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
Ermənistanın paytaxtı İrəvanda İspaniyanın fəxri konsulluğunun açılış mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İspaniya və Qvatemalanın Ermənistandakı fəxri konsulu Aşot Parsyan konsulluğun əsas missiyasının yalnız İspaniya vətəndaşlarına dəstək olmaqdan deyil, həm də iki ölkə arasında iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib.
Onun fikrincə, İspaniya ilə viza rejiminin sadələşdirilməsi Ermənistan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək və ikitərəfli səfərləri aktivləşdirərək insanların daha sərbəst hərəkətini təmin edəcək.
"İspanların Ermənistana səfəri ilə bağlı heç bir problemi yoxdur. Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşları, xüsusən də Avropa ölkələrində daha sərbəst biznes fəaliyyəti göstərə biləcək iş adamlarımız üçün də vacibdir", - o qeyd edib.
İspaniyanın Ermənistandakı səfiri Rikardo Martines Vaskesin sözlərinə görə, bu yay İrəvan və Alikante arasında birbaşa hava əlaqəsi qurulacaq:
"Əminəm ki, bu, Ermənistan və İspaniya arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - diplomat bildirib.
Oxşar xəbərlər
Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir
Avropa İttifaqı (Aİ) nümayəndələri Azərbaycanla münasibətlərin inkişafı üzrə gələcək addımları müzakirə edərək minatəmizləmə sahəsində ölkəyə dəstəyin genişlənd...