"İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək" – Qərbi Azərbaycan Xronikası

İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək – Qərbi Azərbaycan Xronikası
Video
Siyasət 120

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində "İran-İsrail müharibəsinin Zəngəzurda əks-sədası" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, süjetə görə, İsrail-İran müharibəsi İrana regional təsir imkanlarını azaldır və Ermənistanın əsas müttəfiqi olan İran Zəngəzur dəhlizi layihəsinə qarşı mövqeyini zəiflədib. Bu, Ermənistan üçün iki problem yaradır: müttəfiqini itirməsi və Naxçıvana İrandan keçidin riskli olması səbəbindən Zəngəzur dəhlizinin aktuallaşması.

Azərbaycan mövzunu danışıqlar yolu ilə həll etmək istəyir, əsas tələb İrəvanın Naxçıvana maneəsiz keçidi verməsidir. Ermənistan mediasında isə müharibənin Zəngəzura yayılacağı barədə iddialar səslənir.

Erməni ekspertlər Vaşinqtonda Azərbaycan, Türkiyə və İsrailin Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı danışıqlar apardığını bildirir. İranın məğlubiyyəti Ermənistan üçün ciddi nəticələr doğuracaq, İranın oyunçuluğundan çıxması Azərbaycanın Zəngəzura nəzarətini gücləndirəcək.

Ermənistanda qorxurlar ki, İrandakı xaos Cənubi azərbaycanlı qaçqınların Zəngəzura axınına səbəb olacaq, bu isə Ermənistanı iqtisadi baxımdan çökməyə aparacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər