İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəy olan ölkə və təşkilatlara təşəkkür edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanla həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.
BAKU.WS xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Biz Azərbaycan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.
Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...