İranın İsrailə hücumundan sonra dünya əvvəlki kimi olmayacaq - ANALİZ

İranın İsrailə hücumundan sonra dünya əvvəlki kimi olmayacaq - ANALİZ
Siyasət 735

Yaxın Şərqdə eskalasiya qlobal ticarətdə fasilələrə səbəb olacaq və Hindistan-Yaxın Şərq-Avropa Nəqliyyat Dəhlizi (IMEC) layihəsinin inkişafına təhlükə yarada bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb. "Indian Express"in məlumatına görə, İranın İsrailə raket hücumundan sonra Yaxın Şərqdə münaqişə yeni mərhələyə qədəm qoyub.

Qəzet yazır ki, "Qırmızı dənizin həyati əhəmiyyət kəsb edən gəmiçilik marşrutu əvvəllər düşünüldüyündən daha uzun müddət qlobal gəmiçilik xətləri üçün əlçatmaz qala bilər. Bu da yüksək yükdaşıma tariflərinin davam etməsinə səbəb ola bilər.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran HƏMAS, Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə geniş raket hücumu həyata keçirib. Tehran raketlərin 90%-nin nəzərdə tutulan hədəfləri uğurla vurduğunu bildirib.

İsrail isə İranın 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin zərərsizləşdirdiyini bildirib.

Ziya SƏCCAD

Son xəbərlər