İrandan Azərbaycan vasitəsilə təxliyə edilən əcnəbilərin sayı azalır

İsrail-İran münaqişəsinin 11-ci günündə Azərbaycanın Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi ilə əvvəlki günlərə nisbətən rəsmi müraciət əsasında təxliyəsi həyata keçirilən xarici ölkə vətəndaşlarının sayında azalma müşahidə olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, son gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Şri-Lanka vətəndaşlarıdır.
Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.
Son təxliyə olunanlar arasında İran vətəndaşlarına da rast gəlinir. Onlardan biri - Seyid Həsən Əsədullahi bildirib ki, Kanadada yaşayan oğlu valideynlərinə görə narahat olduğundan adıçəkilən ölkəyə gedə bilmələri üçün onlara viza göndərib.
Qalereya
Oxşar xəbərlər
Nazirlər Kabinetində iclas - Vacib qərarlar qəbul edildi
Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın haz...
