"İran rejimi həddini aşarsa..." - Cənubi azərbaycanlılar nə kimi addım ata bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi azərbaycanlı ekspert Elyar Türker İranın son dövrlərdəki hərəkətlərini və bölgədə yaratdığı gərginliyi kəskin şəkildə tənqid edib.
BAKU.WS xəbər verir ki,E.Türkerin açıqlamalarına görə, İran rejimi siyasi və hərbi bir idarəetmə olmaqla bölgə ölkələrini təhdid etməkdə davam edir. O, İranın son zamanlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı təhdidlər irəli sürdüyünü, xüsusilə də Naxçıvan bölgəsindəki son hücumları vurğulayıb. "İran, sadəcə, bu gün deyil, İkinci Qarabağ müharibəsində də Ermənistanın yanında yer aldı.
Barış Binali Hərəkatı zamanı da Türkiyənin deyil, Bəşər Əsədin yanında oldu. Hər iki halda da Güney Azərbaycan türkləri, yəni 35 milyon nəfərlik bir millət Azərbaycan və Türkiyənin yanında durdu", – deyə ekspert qeyd edib.
E.Türker İran rejiminin hərəkətlərinin bölgə üçün ciddi təhlükə yaratdığını və xüsusilə Güney Azərbaycan türklərinin öz haqlarını qorumaq üçün fəallaşmalarını gözlədiklərini bildirib: "Əgər İran rejimi həddini bir az daha aşarsa, Güney Azərbaycan türkləri meydana çıxacaq və Azərbaycanın və Türkiyənin yanında duracaqlar".
Ekspert İranın bu təhdid və təcavüzkar hərəkətlərinin bölgədə sülh və sabitlik üçün ciddi bir təhlükə olduğunu və bu siyasətin uğursuz olacağını vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...