İordaniyada erməni əsilli rejissorun filmi "Oskar" mükafatına təqdim edilməyib
Sentyabrda erməni əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın çəkdiyi "Mənim şirin torpağım" adlı filminin "ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.
BAKU.WS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi "Oskar" nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.
"Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda "Oskar" mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq", - A.Hacızadə qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli...