İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
İordaniya Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi Azərbaycana səfərə gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Səfər iyunun 26-da başa çatacaq.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...