İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və İndoneziya iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə fəal müzakirələr aparır.
Bunu İndoneziya Prezidentinin enerji və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçirilən COP29 konfransı çərçivəsində "Report"a eksklüziv açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanla, eləcə də müxtəlif ölkələrin bütün maraqlı tərəfləri və çoxtərəfli təşkilatlarla danışıqlar uğurla gedir.
COP29-da İndoneziyanın təşəbbüsündən danışan xüsusi nümayəndə vurğulayıb ki, ölkə meşələrin bərpası proqramı təqdim edəcək.
"Daha əvvəl də qeyd etdiyim proqramlardan biri odur ki, hökumətimiz yaxın illərdə genişmiqyaslı meşələrin bərpası proqramına başlayacaq. Bu, azı 12 milyon hektar ərazi olacaq", - o söyləyib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...