İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq Əmr imzalayıb.
Qeyd edək ki, Ə.Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.
Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Kamran Gülbala oğlu Əzizov təyin olunub.
Oxşar xəbərlər
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
"Mənzil təminatı şəhər inkişafının əsas problemlərindən biri olaraq qalır, çünki dünyada bir milyarddan çox insan qeyri-qənaətbəxş şəraitdə yaşayır. Sürətli urb...