İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir
Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir, ölkələrimiz arasındakı münasibətlər isə səmimi dostluğa əsaslanır", - o deyib.
Onun sözlərinə görə, iki ölkənin xalqlarını dərin tarixi, mədəni və mənəvi əlaqələr, ümumi ənənələr, qarşılıqlı hörmət və tərəqqi istəyi birləşdirir.
"Bunun göstəricisi, qeyd olunan dövr ərzində Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dörd dəfə, Azərbaycan Prezidenti İlham Əliyevin isə Tacikistana üç dəfə rəsmi səfər etməsidir", - Abdurahmon qeyd edib.
Səfir vurğulayıb ki, Tacikistan-Azərbaycan münasibətlərinin əsası Emoməli Rəhmon və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
Diplomat bildirib ki, 2024-cü il mayın 23-ü Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarıb.
"Bu sənəd qarşılıqlı əməkdaşlığımızın təxminən bütün əsas istiqamətlərini əhatə edir", - səfir bildirib.
Abdurahmon həmçinin bu ilin may ayında Bakıda Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb.
"2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 84 %, strateji əhəmiyyətli tranzit yükdaşımalarının həcmi isə 50 % artıb", - o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib
Azərbaycanın Tacikistandakı səfiri Elxan Cahangir oğlu Qəhrəman sentyabrın 4-də etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinə...