İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib.
BAKU.WS xəbər verir ki, paylaşımda deyilir:
"Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.
Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır".
Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər… pic.twitter.com/SleUTI5Hfy
— İlham Əliyev (@azpresident) May 28, 2026
Oxşar xəbərlər
Ermənistanda hərbi parad: Paşinyan seçkiyə güc nümayişi ilə gedir?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə seçkiqabağı Ermənistanda baş verən proseslər müzakirə edilib. Rubio İrəvanda gizli...