İlham Əliyevin BMT kürsüsündən verdiyi mühüm açıqlamalar - Bizdən nə danışırlar?

İlham Əliyevin BMT kürsüsündən verdiyi mühüm açıqlamalar - Bizdən nə danışırlar?
Video
Siyasət 31

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Gürcüstanın "1TV.GE" televiziya kanalında Azərbaycan Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq platformaların birində - BMT Baş Assambleyasının tribunasındakı çıxışından geniş material yayımlanıb.

İngilis dilində yayımlanan 17 dəqiqəlik videomaterialda, eləcə də gürcü dilində dərc olunan xəbərdə dövlət başçısının dünyaya çağırışı barədə məlumat verilib.

Materialda bildirilib ki, Azərbaycan Prezidenti çıxışında ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirib.

Türkiyənin "Yeni Şafak" nəşri oxucularına xəbər verir ki, Azərbaycanda təşkil olunan III MDB Oyunlarına start verilib.

Bildirilib ki, ilk yarış Qəbələdə stolüstü tennisçilər arasında başlayıb.

Mənbə qeyd edib ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Son xəbərlər