İlham Əliyevin beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonşu ölkənin imedinews.ge, interpressnews.ge, 24news.ge, aktual.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziya kanalında Azərbaycan Prezidentinin çıxışından xəbərlər yayıblar.
Materiallarda dövlətimizin başçısının Avropa Komissiyasının Gürcüstanın daxili işlərinə münasibətinin tamamilə qəbuledilməz olması barədə fikirləri qeyd edilir və bildirilir ki, bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstan dövlətinin daxili işlərini Brüsseldən olan bürokratlar yox, gürcü xalqı həll etməlidir.
Eyni zamanda, mətbuatda Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanın yanında olması, USAID-in Azərbaycandakı qanunsuz fəaliyyəti, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Özbəkistanda keçirilən sammitdə Orta Dəhliz, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması barədə ədalətsiz fikirləri, Azərbaycanın və Gürcüstanın Avropa institutları ilə mehriban qonşuluq münasibətləri istəməsi, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk dəfə Azərbaycana səfərinin əhəmiyyəti, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana gözlənilən səfərindən gözləntilər, Azərbaycan və gürcü xalqları arasındakı tarixi bağlantılar, Cənubi Qafqaz regionunun strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilməsi barədə tarixi fikirlərinə geniş yer verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. BAKU.WS müraciəti təqdi...