İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab

İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab
Video
Siyasət 92

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində ermənistanlı gənc lider Stefan Safaryan Prezident İlham Əliyevə sual ünvanlayıb. O, Ermənistanın "Sülh kəsişməsi" layihəsinin əhəmiyyətindən və Konstitusiya məsələsindən danışıb.

BAKU.WS xəbər verir ki, S.Safaryanın Ermənistan Konstitusiyasındakı ərazi iddialarına bəraət qazandırmaq cəhdi ilə bağlı sualına Prezident İlham Əliyev belə cavab verib:

"Ermənistan Konstitusiyasının hüquqi məsələsinə gəldikdə, çox təfərrüata varmaq istəməzdim. Amma sizin şərhiniz məni sadəcə onu deməyə məcbur etdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin Konstitusiyanızın bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir.

Gəlin indi, tədbir bitməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir.

Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var. "Sülh yolu kəsişməsi"nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar".

Son xəbərlər