İlham Əliyev Zoran Milanoviçi təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Oxşar xəbərlər
Nazirlər Milli Məclisə toplaşırlar
2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər parlamentin...