İlham Əliyev və Rixard Raşinin görüşü Bakı ilə Bratislavanın əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə bu gün Bratislavada keçirdiyi görüş iki ölkənin münasibətləri dərinləşdirməkdə və onların konkret layihələrdə təcəssüm etdirilməsində maraqlı olduqlarını təsdiqləyib.
Bu barədə Slovakiya Milli Şurasının sosial şəbəkələrdəki məlumatında bidirilib.
Qeyd olunub ki, müzakirə mövzuları Slovakiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri, o cümlədən parlament komitələri arasında təcrübə mübadiləsi olub.
"Belə əməkdaşlıq təkcə Avropa üçün deyil, bütün dünya üçün ortaq vəzifələrin effektiv həllərini tapmağa imkan verir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Ermənistan və Almaniya tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıbılar
Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlıqlarının strateji gündəliyi ilə bağlı birgə bəyannamə imzalayıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənə...