İlham Əliyev və Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar.
BAKU.WS xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verib.
İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının beş...
