İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Trinidad və Tobaqo Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına iş...