İlham Əliyev Tiencində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu. Vurğulandı ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.
Sie İ ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini dedi.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...