İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Şamaxı Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 23-də Şamaxıda açılışı olan "Şirvan Aqro" heyvandarlıq kompleksinin əməkdaşları ilə görüşündə bəhs edib.
"Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun", - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı milli bayram münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, bu barədə XİN-in paylaşımında qeyd edilib. "Qar...