İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Azərbaycan hərbçilərinin qəhrəmanlığından, peşəkarlığından danışıb.
BAKU.WS xəbər verir ki, dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordunun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.
"44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir", - deyə Prezident qeyd edib.
Oxşar xəbərlər
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri...