İlham Əliyev PAİ-nin Azərbaycanla Ermənistan arasında dialoqda rolunu müsbət qiymətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın (PAİ) Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqa şərait yaradılmasında rolunu müsbət qiymətləndirib.
BAKU.WS xəbər verir ki, Azərbaycan lideri bu fikri mayın 5-də qurumun Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirib.
Qəbulda Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.
Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...