İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"
"Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi - torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik".
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
"Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım. Biz deyirdik: "Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün". Bunun müqabilində isə yalnız bir cavab alırdıq: "Gedin razılaşın" birinci mesaj. İkinci mesaj: "Bu münaqişənin hərbi həlli yoxdur". Üçüncü mesaj: "Siz müharibəyə başlaya bilməzsiniz". Dördüncü mesaj: "Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız" və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi", - deyə Prezident qeyd edib.
Oxşar xəbərlər
Deputat: "Qafqaz bizim evimizdir" iddiası imperialist təfəkkürün təzahürüdür"
"İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin nə diplomatiya etikasına, nə regionun mövcud geosiyasi reallıqlarına, nə də beynəlxalq hüququn elemen...