İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dövlətimizin başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət etdi. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul etdi.
Oxşar xəbərlər
Haber Global: Hikmət Hacıyevin Dilican səfərində sülh gündəliyində duran vacib məsələlər müzakirə edildi
"Haber Global" Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Dilican şəhərinə səfər etməsi və Ermənistan Respublikasının Təhlükəsizlik Şurası...