İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.
Sonra tədbirin yekun sənədləri imzalanıb.
İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə" medalı təqdim olunub.
*** 13:03
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir.
BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qalereya
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...