İlham Əliyev: İnanıram ki, Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər g
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığın möhkəmlənməsi üçün birgə səylər göstərəcəklərinə inandığını bəyan edib.
Bu barədə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı məktubunda qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
"İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik", - İlham Əliyev məktubunda yazıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...