İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
BAKU.WS xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.
Müraciətdə Ümumdünya Statistika Günü ərəfəsində təşkil olunan bu tədbirin ölkənin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısı forumun Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi nailiyyətlərin nümayişi üçün vacib platforma olduğunu qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...