İlham Əliyev: Çinlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə məktubunda bildirilir.
Dövlət başçısı qeyd edib ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub:
"Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir".
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...