İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Baş nazirinə başsağlığı verib
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında "Air India" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Oxşar xəbərlər
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Donald Tramp bölgəyə ən çox inandığı və administrasiyada özündən sonra ikinci adam sayılan tərəfdaşını göndərir. Məqsəd Bakı və İrəvanda sülh prosesini, eləcə d...