İlham Əliyev: Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir
Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.
"Dostum Prezidentlə geniş müzakirələr apardım. Həmişə olduğu kimi, onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq", - Azərbaycan Prezidenti deyib.
Oxşar xəbərlər
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış e...