İlham Əliyev: Azərbaycan Ruandada sərmayə layihələrində iştirak etməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ruandada sərmayə layihələrində iştirak etməyə hazırdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqamen ilə mətbuata birgə bəyanatı zamanı danışıb.
Dövlət başçısı qeyd edib ki, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır:
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...