İlham Əliyev: "Azərbaycan həmkarlar ittifaqlarının azad fəaliyyəti üçün geniş imkanlar yaradıb"
Azərbaycan həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıb.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində bildirib.
"Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur. Ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Cəmil Həsənli DTX-yə çağırılıb
Milli Şuranın sədri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, Abbas Abbasovla bağlı p...