İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubunda qeyd edilib.
Dövlət başçısı qeyd edib:
"Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...