İlham Əliyev ADA forumunda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.
BAKU.WS-in məlumatına görə, "Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik", - deyən dövlət başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib.
Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: "Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar".
Oxşar xəbərlər
Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi
Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum o...