İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edildi

İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edildi
Siyasət 223

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi bir il uzadılır.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib.

Dəyişikliklə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 16-4.4-1-ci maddəsində "2026-cı" sözləri "2027-ci" sözləri ilə əvəz edilir.

Bu qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər