Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ sazişində Türkiyənin yeri harada?" deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm ərazidə, həm də danışıqlar masasındadır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: "Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur".
H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət Azərbaycana gələcək: "Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...