Hondurasın ilk qadın Prezidenti: "Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən BAKU.WS-ə verilən məlumata görə, paytaxt Tequsiqalpanın mərkəzi stadionunda keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş ziyafət zamanı M.Talıbov Hondurasın ilk xanım dövlət başçısı olan Siomara Kastroya Honduras xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...