Hollandiyadan geyim sifariş etdilər - Narkotik maddə göndərildi
24
sen
2019
11:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyanın Linz şəhərində yaşayan bir cütlüyün başına qəribə hadisə gəldi.BAKU.WS BBC Türkcə-yə istinadən xəbər verir ki, 58 və 59 yaşı olduğu deyilən ər və arvad Hollandiyada fəaliyyət göstərən onlayn alış-veriş saytından geyim sifariş edib.Sifariş bir neçə gün sonra onlara çatdıqda isə qəribə mənzərə ilə üzləşiblər. Belə ki, geyimin olduğu paketin içindən 24 min 800 ədəd narkotik tərkibli həb də çıxıb.Cütlük paketi dərhal poçta geri qaytarıb, poçt rəsmiləri də məsələ ilə bağlı polisi məlumatlandırıb.Aparılan araşdırmalar nəticəsində narkotik həblərin əsl sahibinin Şotlandiyada yaşayan bir şəxs olduğu məlum olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Türk markalarını Türkiyədən birbaşa öz qiymətinə alın
Onlayn alış-veriş bir çox cəhətlərinə görə artıq ənənəvi mağaza və mollardan alış-verişi üstələyir. Son dövrlərdə Türkiyədən onlayn alış-veriş etmək trendə çevr...