Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər
18
yan
2018
22:57
ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.BAKU.WS-in məlumatına görə, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.BAKU.WS
Oxşar xəbərlər
Qarabağ münaqişənin həllinə dair həmsədrlərdən yeni təklif
Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.BAKU.WS-in məlumatına görə, bunu Krakov görüşünün...